Orxan Zeynalovun ekstradisiyası mümkündür

Zahid Oruc: " Düşünmürəm ki, Rusiya hüquq mühafizə orqanları Orxanı orada saxlamaqda maraqlı olsun"


Müxtəlif dairələr Orxan Zeynalovdan ruslar və azərbaycanlılar arasında soyuq münasibətlər yaratmaq məqsədilə istifadə etdi. 

Bu sözləri Sherg.az-a soydaşımızın atası Zahid Zeynalovun "aidiyyatı orqanlar işə yetərincə diqqət ayırmırlar" iddiasına münasibət bildirərkən millət vəkili Zahid Oruc söyləyib.

Deputatın sözlərinə görə, Rusiyada soydaşımıza böyük kütləvi qırğınlar törədən terror dəstəsinin başçısı kimi yanaşırlar: " 

Düzdü, Orxan nə qədər inkarçı mövqe tutsa da, sonradan məlum oldu ki, həmin hadisə törədilib. Amma bu, o demək deyil ki, Orxanı insan haqlarından kənarda qalmalıdır. Baxın, indiyə qədər iki ölkə arasında onlarla, bəlkə də yüzlərlə cinayət törətmiş şəxslərin ekstradisiyası aparılıb. Düşünmürəm ki, Rusiya hüquq mühafizə orqanları Orxanı orada saxlamaqda maraqlı olsun. Azərbaycanın bu yöndə aidiyyatı qurumlara müraciət etməsi gərəkdir. Qarşı tərəfdən buna xüsusi reaksiyalar yoxdursa, proses davamlı olaraq aparılmalıdır. Bu, konkret olaraq orta ranqlı məmurlara bağlı hadisədir. Bunu hökumətlərin məşğul olacağı məsələ saymıram. Rusiyanın ölkəmizdəki səfirliyində onların hüquq mühafizə orqanları ilə iş üzrə təmsilçiləri var. Həmin şəxsləri prosesə cəlb etmək lazımdır. Məsləni belə görürəm".

Qeyd edək ki, Rusiya sakini Yeqor Şerbakovun qətlində ittiham olunan soydaşımız Orxan Zeynalovun atası Zahid Zeynalov aidiyyatı orqanların oğlunun etradasiyası ilə bağlı işə yetərincə diqqət ayırmamasından narazılıq edib

Ayyət Əhməd