"Ötən illər ərzində ordumuz çox böyük inkişaf yolu keçib" - Polkovnik
09:28 04.01.2019
Arxiv
579
Xəbər verdiyimiz kimi, 2018-ci ilin 31 dekabr tarixində Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrik çıxışında müxtəlif məqamlara toxunan ölkə başçısı bildirib ki, Azərbaycanın güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir:
"Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.
Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.
Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq
Ölkə başçısının çıxışını müsbət qiymətləndirən ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist İbrahim Rüstəmli "Sherg.az”a deyib ki,cənab Prezidentin fikirlərinə münasibəti çox yüksəkdir:
"Artıq uzun müddətdir ki, Azərbaycanda ordu quruculuğu prioritet məsələ kimi daim gündəmdədir. İstər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu hər zaman diqqət mərkəzində olub. Bunun da arxasında Azərbaycanın dövlət maraqları, milli mənafeyi və milli mənəvi dəyərləri dayanır. Azərbaycan əhalisi bir xalq olaraq öz gələcəyini Dağlıq Qarabağsız təsəvvür etmir. Ölkədə ordu quluculuğuna göstərilən diqqət Dağlıq Qarabağ münaqişəsi ilə birbaşa bağlıdır. Azərbaycan xalqı sülhsevər xalqdır. Hər hansı bir dövlətin torpağına, ərazisinə iddiamız yoxdur. Azərbaycan xalqı öz torpaqlarını geri qaytarmaq, ərazi bütövlüyünü təmin etmək istəyir. Torpağımız işğal altındadır. Lakin düşmənə kifayət qədər humanizm, səbr nümayiş etdiririk”.
İ.Rüstəmli onu da əlavə edib ki, ötən illər ərzində Azərbaycan ordusu çox böyük inkişaf yolu keçib:
"1991-ci ilin sonu 1992-ci ilin əvvəllərində Azərbaycan ordusunda olmuşam. 1993-cü ildən başlayaraq ölkədə ordu quruculuğu o qədər yüksək səviyyədə, planlı, sistemli şəkidə həyata keçrilməyə başladı ki, qısa müddətdə Azərbaycan ordusu ayağa qalxdı. Orduda olan özbaşınalığa, hərcmərcliyə son qoyuldu. Əsgərlərin durumu yaxşılaşdı. Bütün bunları Ulu öndər Heydər Əliyev etdi. H.Əliyev dövlət başçısı, rəhbər olaraq Azərbaycan ordusunu vahid komandanlıq altında birləşdirdi, ordunu vahid məqsədə xidmət edən silahlı quruma çevirdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri inkişaf etmiş dövlətlərin orduları ilə çiyin-çiyinə dayanmağa qadirdi. Ötən illər ərzində istər silahlanma, istərsə də kadr hazırlığı yüksək səviyyədə həyata keçirilib. Bu illərdə əldə olunan ən böyük uğurlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin hərbi doktrinasının qəbul və təsdiq olunmasıdır. Fikrimcə bu, bizim ana yasamız, böyük bir sənədimizidr. Geridə qoyduğumuz illər ərzində Azərbaycan ordusunun qanunvericilik bazası gücləndirilib. Hazırda orduya gösətilən dövlət qayğısını çox yüksək qiymətləndirirəm. Hər bir şəxs bu qayğını yüksək dəyərləndirməli və ona layiq də xidmət etməlidir”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol