"Ötənilki dinamik iqtisadi inkişaf növbəti illərdə də davam edəcək"

"Cənab Prezident 31 dekabrdakı təbriki zamanı görülən işlərin bir qismini sadaladı".
Bunu "Sherg.az"a sabiq nazir, iqtisadçı - ekspert Fikrət Yusifov deyib.
Onun sözlərinə görə, 2018-ci il ərzində iqtisadiyyat sahəsində olduqca böyük işlər görülüb:
"Bir neçə il əvvəl iqtisadiyyatda yaranan durğunluqdan sonra bu sahədə dövlət nəzarəti ilə ciddi tədbirlər həyata keçirildi. Artıq bunun nəticəsini də görməyə başlamışıq. Ötən il qeyri-neft sektorunda da əsaslı işlər aparılıb. Aqrar sektor və turizim sahəsindən yaxşı nəticələr əldə edilib. Xarici yükdaşımalardan gələn mənfəət əvvəlki illərə nisbətən artıb. Ümumiyyətlə, 2018-ci ildə bütün sahələrdə inkişaf olub. 
Fikrimcə, dinamik iqtisadi inkişaf növbəti illərdə də davam edəcək. Hazırda ölkədə müəyyən vergi islahatları aparılır. Ümid edirəm ki, bu ilin sonunda iqtisadiyyatda daha üstün nəticələr əldə olunacaq. Çünki sahibkarlığın inkişafı ilə bağlı aparılan islahatlar, vergi sahəsindəki tənzimləmələr ilin sonunda öz səmərəsini verərək, dövlət büdcəsinə daxil olan vəsaiti artıracaq”.
Kənan Eynuroğlu