Pandemiya dövründə turistlər Azərbaycana əsasən hansı ölkələrdən gəlir?
18:49 03.09.2021
Arxiv
473
Pandemiya dövründə xaricdən Azərbaycana turistlər əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirdilər. Lakin avqustun 5-dən artıq ölkəmizə hava nəqliyyatı ilə gəlmək üçün 20-dən artıq ölkəyə icazə verilib. Son müşahidələrimiz həmin ölkələrdən də Azərbaycana turistlərin gəldiyini göstərir.
Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
Ekspert bildirib ki, ümumilikdə Azərbaycana hava nəqliyyatı ilə 30-a yaxın ölkədən insanların gəlməsinə icazə verilib, yəni Azərbaycan 30-a yaxın ölkə ilə hava sərhədlərini açıb:
“Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən Azərbaycana insanlar gələ bilərlər. Qeyd olunduğu kimi, gələnlər əsasən ərəb ölkələrin, Türkiyə və Rusiya vətəndaşlarıdır. İcazə verilən digər ölkələrdən də gələnlər var, lakin onların sayı çox azdır. Ümumilikdə, xaricdən Azərbaycana gəliş kütləvi xarakter daşımır. Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Ancaq gələnlərin təqribən 80 faizi turizm məqsədi ilə gəlir. Artıq turizm mövsümü bitmək üzrə olduğu üçün xaricdən gəlişlərin də aşağı düşəcəyi ehtimal edilir”.
Qeyd edək ki, hazırda Azərbaycana hava nəqliyyatı vasitəsilə 29 ölkədən vətəndaşların gəlməsinə icazə verilir. Həmin ölkələrin siyahısı aşağıdakı kimidir:
-Türkiyə,
- Rusiya,
- ABŞ;
- Bahreyn;
- Birləşmiş Ərəb Əmirlikləri;
- Böyük Britaniya;
- İsrail;
- Macarıstan;
- Qətər;
- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;
- Lüksemburq Böyük Hersoqluğu;
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə