Partlayışda xəsarət alan şəxsin ADI MƏLUM OLDU





Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub.
APA-nın məlumatına görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Bakıda yaşayış binasında partlayış olub. Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.