Əgər Qarabağ problemini başlayan və həllinin açarını əlində saxlayan Rusiyadırsa, Rusiyanın Ermənistana birinci təsir və təzyiq vasitəsi də məhz Qarabağ məsələsidir. Paşinyan Rusiyanın Ermənistan üzərində hegemonluğunu aradan qaldırmaq istəyirsə, ilk növbədə ölkəsinin konstruktiv mövqeyinə çalışmalıdır.
"Paşinyan anlamalıdır ki, Qarabağ kartından istifadənin sonu yoxdur" - Aktual şərh
10:43 22.09.2018
Arxiv
834
"Necə ki, Köçəryanın və əlaltılarının sonu gəldi. Ona görə də, o, bu məsələdə özündən əvvəlkilərin səhvini təkrarlayıb Azərbaycanla qarşıdurmaya getməməlidir”
Əgər Qarabağ problemini başlayan və həllinin açarını əlində saxlayan Rusiyadırsa, Rusiyanın Ermənistana birinci təsir və təzyiq vasitəsi də məhz Qarabağ məsələsidir. Paşinyan Rusiyanın Ermənistan üzərində hegemonluğunu aradan qaldırmaq istəyirsə, ilk növbədə ölkəsinin konstruktiv mövqeyinə çalışmalıdır.
"Ermənistan baş naziri Nikol Paşinyanın cəfəng fikirlərini iki amillə izah etmək olar. Birinci amil odur ki, bu insanın normal düşünmək qabiliyyəti yox dərəcəsindədir. Əqli cəhətdən tam normal deyil”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış politoloq Nəzakət Məmmədova deyib. Düşmən ölkə rəhbərliyinin əsassız bəyanatlarını dəyərləndirən ekspert bəyan edib ki, dünya siyasətində Paşinyan kimi siyasətçilər kifayət qədər çox olub:
"Müharibələri, böyük savaşları məhz bu cür psixi durumu yerində olmayan insanlar törədib. İkinci amil isə bundan ibarətdir ki, Paşinyan hələ hakimiyyətini möhkəmləndirə bilməyib. Bir çox səyləri uğursuz alınıb və uğursuzluqlar istər daxili, istər xarici siyasətdə davam edir. Paşinyan Qarabağın qaytarılması məsələsində güzəştə gedib həm yerli əhalini, həm də diasporanı özünə qarşı qaldırmaq istəmir, bunun üçün uyğun zaman gözləyir.
Əgər Qarabağ problemini başlayan və həllinin açarını əlində saxlayan Rusiyadırsa, Rusiyanın Ermənistana birinci təsir və təzyiq vasitəsi də məhz Qarabağ məsələsidir. Paşinyan Rusiyanın Ermənistan üzərində hegemonluğunu aradan qaldırmaq istəyirsə, ilk növbədə ölkəsinin konstruktiv mövqeyinə çalışmalıdır. Üstəlik, baş nazir özbaşına qərar vermir, ümumiyyətlə qərar vermir. Onu daxildən və xaricdən yönəldirlər. Daxildə ölkə siyasətinin "boz kardinalı” Levon Ter- Petrosyandır. Petrosyan başqa erməni prezidentlərlə müqayisədə Qarabağın qaytarılmasında daha güzəştli mövqe tutan səxs olub. Ümid etmək olar ki, o, Paşinyana bu məsələdə doğru yol göstərə bilər”.
Analitikin sözlərinə görə, Paşinyan Qarabağı işğal etmiş, danışıqlarda qeyri-konstruktiv yol tutmuş klanla mübarizə apardığını deyir. Deməli, baş nazir rəsmi İrəvanın Qarabağ münaqişəsinə mövqeyini də dəyişməlidir:
"Köçəryan və başqaları qeyri-qanuni əməllərdə itiham edilirsə, deməli onların fəaliyyəti də qeyri-qanunidir. O cümlədən münaqişə ilə bağlı tutduqları mövqeləri də. Qanunsuz silahlı birləşmələr yaradıb hərbi cinayətlər törətmək, Ermənistanda hakimiyyəti qeyri-qanuni yolla qəsb etmək, bütün bunlar başdan-ayağa cinayətdir. Paşinyan anlamalıdır ki, Qarabağ kartından istifadənin sonu yoxdur. Necə ki, Köçəryanın və əlaltılarının sonu gəldi. Ona görə də, o, bu məsələdə özündən əvvəlkilərin səhvini təkrarlayıb Azərbaycanla qarşıdurmaya getməməlidir”.
N.Məmmədova bildirib ki, Qərbdə onu hakimiyyətə gətirən qüvvələr də baş nazirə iradını bildirməli, siyasi texnoloqlar, piar menecerləri Paşinyana daha ciddi və rasional tövsiyələr verməlidirlər:
"Paşinyan Azərbaycan-Rusiya yaxınlaşmasından narahat olduğu üçün Moskva ilə xeyli yaxınlaşan Azərbaycana qarşı cəfəng bəyanatlar səsləndirir. Bununla həm də Rusiyanı tənqid etmiş olur və Qərbdə xal qazanmağa çalışır. Lakin bu cür uğursuz piar sonda onun siyasi karyaerasının iflasına səbəb ola bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region