Paşinyana ümidlər tükəndi
07:35 05.01.2019
Arxiv
644
Ermənistanın yeni rəhbərliyinin qeyri-müəyyən siyasəti ABŞ-dakı erməni diasporasını da nüfuzdan salıb
"ABŞ-dakı erməni lobbisinin təsir dairəsi Azərbaycanda düşünüldüyündən xeyli azdır”. Bunu ABŞ dövlət katibinin xüsusi müşaviri, postsovet məkanı üzrə ekspert Pol Qobl deyib. Ekspert bildirib ki, amerikalı ermənilər xeyli müddət Kaliforniya və Massaçusets ştatlarında ciddi nüfuza malik olublar, lakin indi vəziyyət mənfiyə doğru dəyişməkdədir: "Hazırda neft və Türkiyə ilə münasibətlərlə bağlı narahatlıq mövcuddur. Bu isə hər şeydən vacibdir”. Məlum olduğu kimi, erməni lobbisi ABŞ Senatının Erl Litsenberqerin səfir kimi irəli sürülməsinə də qarşı çıxıb. Buna baxmayaraq, Dövlət Departamenti Litsenberqerin namizədliyini təsdiqləyib. Bu məqamın özü ermənilərin əvvəlki təzyiq vasitələrini itirməsi, beynəlxalq dairələrdə dəstək görməməsi kimi dəyərləndirilir.
Məsələni "Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Nikol Paşinyanın qeyri-müəyyən və etibarsız siyasəti İrəvana, o cümlədən erməni diasporasına olan etimadsızlığı daha da gücləndirib:
"İrəvan Qərbdə də, Rusiyada da önəmini itirməkdədir. Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa Birliyinin Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə xalq yenidən ağır sosial tələblərlə etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahat vədləri heç bir real əsaslara malik deyil. Qərb, Ermənistana maliyyə və siyasi dəstək naminə onun Rusiyanın orbitindən çıxması üçün vədlər verib. Kreml isə çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalmaqdadır.
Ümumiyyətlə bu ölkədə əsaslı islahatlar mümkün deyil. Ermənistana daha bir iqtisadi sanksiya xəbərdarlığı ABŞ-dan gəlib. Ermənistanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent bildirib ki, İranla ticarət məsələsində Ermənistana hər hansı güzəşt tətbiq edilməyəcək. Burada bir faktı xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı Donald Trampın imzaladığı fərmanda Azərbaycanla bağlı bənd sənəddən çıxarılmışdı. Lakin Paşinyana qarşı Vaşinqton fərqli siyasət yürüdür. Əlbəttə, bu vəziyyət Azərbaycana sərf edir və Qarabağ münaqişəsinin tənzimlənməsində Bakını uduşlu duruma gətirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region