Poliklinikada özbaşınalıq: Peyvənd olunmaq istəyənlər həkim tapa bilmir - ŞİKAYƏT
11:36 16.05.2021
Arxiv
754
“Mayın 10-da vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərək saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsam da,vaksinasiya oluna bilmədim”.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Kamran Mahmudov paylaşım edib.
Onun sözlərinə görə, poliklinikaya yaxınlaşdığı gün ona bildirilib ki, mayın 10-da vaksinasiya saat 14:00-a qədər olub və artıq poliklinikada heç kim yoxdur:
“Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiniz, amma qeydiyyata da adam götürürsünüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu.its.gov.az saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiniz? Daha nə deyəcəyimi bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda, boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin. İndi mən yenidən vaksin olunmaq üçün qeydiyyatdan necə keçə bilərəm?”
Məsələ ilə bağlı 39 saylı şəhər poliklinikası ilə əlaqə saxladıq. Poliknikanın baş həkiminin müavini Sevda İsgəndərova iddialara cavab olaraq Oxu.Az-a bildirib ki, irəli sürülən iddialarla bağlı araşdırma aparılır:
“Bu məsələdən xəbərimiz var. Həmin tarixdə poliklinika hər gün olduğu kimi adi qaydada işləməli idi. O tarixdə poliklinikada olmalı olan personal araşdırılacaq və barələrində lazımi tədbir görüləcək. Araşdırılacaq ki, həmin gün işdə hansı tibb işçiləri olub və hansı səbəbdən məntəqəni tez bağlayıblar. Araşdırmanın yekununda həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək”.
K.Mahmudovun yenidən vaksinasiya üçün hansı qaydada qeydiyyatdan keçməli olduğuna dair sualına isə S. İsgəndərova belə cavablandırıb:
“Həmin şəxsin yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Biz yerindəcə həmin şəxsə növbə götürə bilərik. Yenidən peyvənd üçün nə zaman istəsə, müraciət edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat