Polis “20 Yanvar”la “Şamaxinka”da taksi saxlamağa qadağa qoydu
08:39 13.09.2019
Arxiv
476
Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə icazə verilməyəcək.
"Sherg.az" xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov verib.
O bildirib ki, yeni dərs ilinin başlanması ilə sözügedən ərazilərdə süni sıxlığın yaranmasının qarşısını alma məqsədilə görülüb:
"Sumqayıtdan gələn sürücülər, tələbələr bilməlidir ki, Sumqayıt avtovağzalından çıxan avtobuslar birmənalı olaraq Bakı Beynəlxalq avtovağzalında saxlamalıdır.
Artıq sürücülərə xəbərdarlıq edilir. Reydlər aparılacaq. Həmin ərazi bizim tərəfimizdən nəzarətdə olacaq. Bakı Nəqliyyat Agentliyi də bizimlə birgə fəaliyyət göstərəcək. Dayanma durma tələblərinin pozulması ilə bağlı avtomatik elektron qərar qəbul olunub. Birmənalı olaraq həmin ərazidə kiminsə dayanması qanunsuzdur, məsuliyyətə cəlb olunacaq.
Təhsil müəssisələri və onların ətrafında, bəzi küçə və prospektlərdə süni sıxlığın, tıxacların yaranmaması üçün sürücü valideynlərdən xahiş edirik ki, dayanma durma tələblərinə düzgün riayət etsin. Avtomobili olmayan, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin də dərsə, işə və ya hər hansı bir istiqamətə gedərkən ləngiməməyə çalışmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm