Politoloq: Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır
14:55 16.01.2019
Arxiv
379
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması təkcə Cənubi Qafqaz üçün yox, həm də bütün dünya üçün problemdir, çünki irimiqyaslı hərbi əməliyyat riski daim artır.
Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.
Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır və heç kim onun nə zaman partlayacağını bilmir:
"Bu məsələnin nizamlanması uzandıqca, daha da kəskinləşir və regional miqyasdan qlobal miqyasa keçmək təhlükəsi daşıyır. Ən pis nəticə isə Ermənistanla Azərbaycan arasında bərpa olunacaq müharibənin onların müttəfiqlərinin qoşulması ilə hərbi əməliyyatlara çevrilməsidir. Rusiya və Ermənistan KTMT-yə daxildir, Türkiyə isə 2010-cu ildə Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi imzalayıb”.
A.Umlandın sözlərinə görə, beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı və NATO münaqişənin nizamlanmasını görmək istərdi:
"Amma burada sadə həll yolu yoxdur və Dağlıq Qarabağ Avropadan da, ABŞ-dan da uzaqdadır. Fikrimcə, münaqişənin nizamlanması üzrə vasitəçilik məsələsində Qərb daha mühüm rol oynamalıdır, amma indi elə hesab etmək olar ki, qərb siyasətçiləri daha vacib hesab etdikləri məsələlərlə məşğuldur”.
Almaniyalı politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin zəmanəti Bakının Qarabağda azərbaycanlı və erməni icmalarının birgəyaşayışı üçün işğal olunmuş ərazilərin bərpasına hazırlığıdır:
"Bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı icmasının təqdimatı göstərdi ki, indi problemin həlli üçün yaxşı imkan var. İcmanın nümayəndələri bildirib ki, onların Dağlıq Qarabağın erməni əhalisini birləşmiş Azərbaycanın tərkibinə qəbul etməyə hazırdır, erməni icmasının hüquqları və maraqları tam şəkildə qorunacaq. Bununla əlaqədar hesab edirəm ki, münaqişə həll oluna biləndir, lakin kifayət qədər səy göstərilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm