Politoloqdan SOS:"Rusiya kabusu yenə də başımız üzərində... "

"Arif Rəhimzadə və Araz Əlizadə heç bir səbəb və əsas olmadan qəflətən Rusiyameyilli mövqe sərgiləməyə başlayıblar. Bundan başqa sosial şəbəkədə bir sıra ruspərəst tanınmışlar da bu kompaniyaya qoşulub"

"Çox təhlükəli vəziyyət yaranıb. Rusiya kabusu yenə də başımız üzərində dolaşmaqdadır”. 

Bunu Sherg.az-a politoloq Vasif Əfəndiyev deyib.

 Ekspert bildirib ki, ziyalılarımız bu təhlükəni önləməkdən ötrü etiraz və arqumentlətini ortaya qoymalıdır: 

"Rusiya tərəfindən genişmiqyaslı psixoloji hücum dövlətimizin Ali orqanı olan Milli Məclisin kürsülərindən edilməyə başlanılıb. Arif Rəhimzadə və Araz Əlizadə heç bir səbəb və əsas olmadan qəflətən Rusiyameyilli mövqe sərgiləməyə başlayıblar. Bundan başqa sosial şəbəkədə bir sıra ruspərəst tanınmışlar da bu kompaniyaya qoşulublar”.

Politoloq vurğulayıb ki, Azərbaycan rus dilinə olan münasibətə və fəaliyyət göstərən rusdilli məktəblərin sayına görə keçmiş sovet respublikaları sırasında öncüllərdəndir:

 "Mövcud vəziyyətdə heç kim Azərbaycanı rusofobioyada ittiham edə bilməz. Əgər belə bir qəsd olarsa demək, həmin şəxslər qərəzli və məqsədlidir. Bu adamların məqsədlərindən ən başlıcası isə milli kimliyimiz olan türkçülüyümüzə hücum etmək və can dostumuz, qardaşımız Türkiyəyə qarşı çirkin təbliğat aparmaqdır. Rusiyanın Azərbaycana qarşı təşkil etdiyi bu psixoloji hücumların arxasında məkrli planların dayandığı şübhəsizdir”.

İsmayıl