Poroşenko Azərbaycana rəsmi səfərə gəlib

Ukrayna prezidentini rəsmi şəxslər qarşılayıb


Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.