Poroşenkodan ŞOK AÇIQLAMA: “Rusiyaya qarşı sanksiyalar mənim üçün xoş deyil”
10:29 27.06.2014
Arxiv
331
"ABŞ və Avropa Birliyi ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiq etməsinin əleyhinəyəm”. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko CNN telekanalının jurnalistlərinə müsahibəsində deyib. O bildirib ki, Rusiyanı cəzalandırmaq üçün ABŞ və Avropa Birliyinin sanksiyalardan istifadə etməsi normal deyil. Ukrayna lideri Qərb dairələrini qıcıqlandıra biləcək daha bir açıqlaması ilə də diqqət çəkib.
P. Poroşenko ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları işə salmasının onun üçün xoş olmadığını bəyan edib. "Rusiyaya cəza kimi sanksiyalardan istifadə edilməsi mənim üçün xoş deyil. Bizə Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması lazımdır”
Ukrayna dövlət başçısı onu da qeyd edib ki, Kiyev hakimiyyəti, Rusiyaya qarşı istənilən imkanlardan yararlanmağa hazırdır. Bununla belə P. Poroşenko söyləyib ki, Rusiya ilə sülh razılığının əldə olunmasına hazırdır. "Rusiya bizim qonşumuzdur. Rusiyanın iştirakı olmadan Ukraynanın uzunmüddətli təhlükəsizliyi perspektivindən danışmaq olmaz. "Mən ümid edirəm ki, yeni münasibətləri quracağıq”,-deyə P. Poroşenko bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət