Prezident Administrasiyası üçün yeni bina tikiləcək: 20 mərtəbəli, 6 girişli





Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasıüçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.


Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.


Binanın tikintisini "Kontinent İnşaat” MMC həyata keçirəcək.