Prezident Belarusun baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
11:16 15.05.2019
Arxiv
711
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az"xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək, Belarus Respublikası baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirib. Dövlət başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu deyib və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.
İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirib və qeyd edib ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir. İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olundu və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12.16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonu qəbul edib.
ONA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region