Prezident diplomatları təbrik etdi




Azərbaycan prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edib.
Lent.az-ın məlumatına görə, prezidentin "İnstagram" rəsmi səhifəsində dərc olunan təbrikdə deyilir: "Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur".