Bu qərar daxili bazarda daha çox yerli məhsulların çıxmasına imkan verəcək
Prezident göstəriş verib
20:33 13.07.2016
Arxiv
678
Əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq sahələri qalmayacaq
Bu qərar daxili bazarda daha çox yerli məhsulların çıxmasına imkan verəcək
Bu qərar daxili bazarda daha çox yerli məhsulların çıxmasına imkan verəcək
Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında Prezident İlham Əliyev torpaqlardan təyinatına uyğun istifadə olunması məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, bəzi hallarda münbit torpaqlar zəbt edilir, hektarlarla əkin sahələri hasarlanır. Amma həmin ərazilərdə heç bir fəaliyyət göstərilmir:
"Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”. Ekspertlərin fikrincə, Prezidentin çıxışından sonra güman ki, yaxın tezlikdə dövriyyəyə daha çox torpaq sahəsi daxil olacaq. Bu isə öz növbəsində yerli istehsalın həcmini artıran faktorlardan hesab olunur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, torpaqlardan təyinatına uyğun istifadə edilməsi məsələsi ölkə Prezidenti tərəfindən dəfələrlə qeyd olunub və bu istiqamətdə tapşırıqlar verilib: "Bundan başqa, torpaqların elektron bazasının yaradılması istiqamətində işlər görülüb. Elektron baza artıq hazırlanmaqdadır. Bu gün aqrar sektorun əsas problemlərindən biri kənd təsərrüfatı üçün yararlı torpaq sahəsinin az olmasıdır. Güman ki, son müşavirədən sonra aqrar sektor üçün yararlı torpaqların həcmində artımlar olacaq. Eyni zamanda bir müddət öncə istifadəsiz torpaqlarla bağlı verginin tətbiq edilməsi də torpaqların istifadəsiz qalmamasına ünvanlanmışdı. Bütün bunlar daha çox aqrar məhsulun istehsalına imkan yaradacaq. Daxili bazarda daha çox yerli məhsulların çıxmasına imkan verəcək. Bu, həm də ərzaq təhlükəsizliyi baxımından vacibdir”. Digər iqtisadçı-ekspert Pərviz Heydərov da deyib ki, istənilən güzəşt müvafiq nəticə verməlidir: "Əgər, vergilərdən azadetmə adekvat olaraq məhsul istehsalı həcminin artması ilə nəticələnmirsə, mütləq əlavə tədbirlər görmək lazımdır. Bu mənada, əkilməyən 1 hektar torpaq sahəsinə görə, 1000 manat vergi ödənilməli olduğuna dair mexanizmin tətbiqi vacibdir. Bu, indiki şəraitdə kənd təsərrüfatının düzgün istiqamətdə inkişafı üçün tələb olunan siyasətdir. Belə ki, torpaq sahibi dövlətin ona əvəzsiz olaraq verdiyi bu istehsal vasitəsinə görə məsuliyyət daşıyır. O, bundan istifadə edirsə, deməli, məhsul götürür və müvafiq vergisini də yerli özünüidarəetmə orqanına ödəyir. Yox əgər, istifadəsiz qoyursa, buna görə dövlət qarşısında cavabdeh sayılır”.
İqtisadçı Anar İbrahimov da ölkəmizdə qeyri-neft sektorunun inkişafında aqrar sahənin xüsusi yerinin olduğunu söyləyib: "Buna həm tarixi adət-ənənəmiz, həm münbit torpaqlarımız, həm də təbii resurslarımız imkan verir. Dünya bazarındakı neft böhranından sonra hökumətimiz qeyri-neft sektorunun inkişafında marağını sürətləndirməsi aqrar sahəyə xüsusi maraq oyatmaqdadır. Aqrar sahənin inkişafı üçün güzəştli kreditlərin verilməsindən, subsidiyaların ayrılmasından dəfələrlə danışılıb. Son müşavirədə ölkə Prezidentinin daha geniş və münbit torpaq sahələrinin əkinə hazırlanması üçün verdiyi göstərişlər aqrar sahənin keyfiyyət və kəmiyyət baxımından artmasına səbəb olacaq. Bu da daha çox məhsulun istehsalına imkan verəcək. Məhsulun bolluğu təbii ki, qiymətlərin düşməsindən xəbər verir. Ancaq bunun qısa müddətə baş verməsi gözlənilən deyil. Çünki, həmin torpaqların istifadəyə hazır vəziyyətə gətirilməsi qısa müddətə mümkün deyil, ancaq istifadəyə başlayandan sonra müsbət təsir edəcəyi gözləniləndir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm