Prezident kortejini dayandırıb yol kənarında yarım saat telefonla danışdı






Uqanda lideri Museveni, prezident kortejini dayandırıb yol kənarında yarım saat telefonla danışdı.
Afrika ölkələrindən olan Uqandada dövlət başçısı Yoweri Museveninin şose kənarında bir kürsüdə oturub cib telefonuyla danışarkən çəkilən şəkili, ictimai mediada qısa müddət ən çox danışılan mövzulardan biri oldu.

Dövlət başçısının təhlükəsizlik protokollarını da görməməzlikdən gələrək, yolun kəsilməsini istəmədiyi qeyd edilir. Prezident sarayından Museveninin kiminlə danışdığı mövzusunda bir şərh verilməyib.

Uqandalı ictimai media istifadəçiləri, rəhbərin qeyri-adi şəkilinə zarafatca şərhlər yazaraq gündəmə çıxardı. Bir çox Uqandalı, eynən Museveni kimi yol kənarında oturub telefonla danışaraq çəkdirdiyi fotosunu ictimai mediada paylaşdı.

İngilis "The Guardian" qəzeti, xəbərdə istifadə etdiyi fotonun altına "Təşəkkür edirəm, rahatca otururam" yazdı.