Prezident naziri çağırdı – Səlim Müslümov parlamentin iclasını yarımçıq tərk etdi





Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentin bugünkü iclasını yarımçıq tərk etməli oldu. Sherg.az bildirir ki, nazir vacib məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən çağırılıb
Bunu "Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib: 

"Səlim müəllimi də müzakirələrə dəvət etmişdik. Ancaq, o, üzrlü səbəblərdən iclası yarımçıq tərk etməli oldu. Onun ölkə Prezidenti çağırdı. Səlim müəllimin müavini də gəlməlidir, gələndə ona da söz verəcəyik”.

Anar