Prezident Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzalayıb
14:47 31.10.2018
Arxiv
927
Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin tarixi hissəsini əhatə edən "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu çoxəsrlik tarixə malik abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin bir ərazidir.
Son illərdə "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində "Aşağı Karvansaray” Kompleksi, "Şəkixanovların evi”, M.F.Axundzadənin ev-muzeyi, qədim küçələrin bir hissəsi bərpa olunmuş, müəyyən abadlıq işləri görülmüşdür.
Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilmiş, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilmiş, 2017-ci ildə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olunmuşdur.
Şəkinin turistlər üçün cəlbedici məkana çevrilməsi əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir.
Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üç ay müddətində "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etsin; "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya