"Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir”
Bu barədə "Sherg.az”a ötənlərdə Prezident İlham Əliyevin Milli Məclisdə səsləndirdiyi "Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil” bəyanatdan danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Cənubi Qafqazın region dövlətləri içərisində həm əhalisinin sayına, həm ərazisinin böyüklüyünə, həm iqtisadi gücünə görə birincidir:
"Ölkəmiz iqtisadi cəhətdən getdikcə inkişaf edir. Daim beynəlxalq layihələrin iştirakçısı və ya bir çoxunun qurucusu olur. Həmçinin ölkəmizin yerləşdiyi coğrafi mövqe regionda seçilir. Çünki şimaldan cənuba, qərbdən şərqə doğru planlaşdırılan müxtəlif layihələr ölkəmizdən keçir. Bundan əlavə, Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi ona bir çox imkanlar açır. Son dövrlərdə ölkəmiz bir sıra beynəlxalq layihələrin qurucusu, təşəbbüskarı olub.

"Cənub Qaz Dəhlizi" və TANAP kimi beynəlxalq layihlərə ən çox vəsait yatıran Azərbaycandır. Bu da ölkəmizin iqtisadi gücünü bir daha dünya ölkələrinin gözü qarşısına qoyur. Azərbaycan keçmişdə də bir çox layihələrin təşəbbüskarı olub. Bəzi dövlətlər ölkəmizin yaradıcısı olduğu layihələri dəstəkləmədi.
Amma Azərbaycan onların hər birini həyat keçirdi və qazandığı uğurla həmin dövlətlərə turalı cavab verdi. Ölkəmiz yalnız iqtisadi layihələri reallaşdılrmır. Eyni zamanda nəqliyyat və digər bu konteksdə olan beynəlxalq layihələrdə də iştirak edir. Azərbaycan Cənubi Qafqaz regionunda iqtisadi gücünə görə, əsas yeri tutan dövlətdir. Düşünürəm ki, Prezident tamamilə haqlıdır. Azərbaycan olmasa, bu regionda heç bir beynəlxalq əhəmiyyətə malik layihə gərçəkləşə bilməz”.
Qeyd edək ki, ötənlərdə Milli Məclisdə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın son zamanlar daha da güclənən iqtisadiyyatından söz açıb. O, ölkəmizin bir çox lahiyələrdə istirak etməsini bildirib. Ölkə başçısı onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılması mümkün deyil.
Kənan Eynuroğlu