Prezident təhsillə bağlı sərəncam verdi




Prezident İlham Əliyev "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Sherg.az"ın azırtac-a istinadən məlumatına görə, sərəncamda qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndirsin.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.