"Prezidentin bu görüşləri məntiqi ardıcıllıqla, bir-birinə dəstək verən siyasi gedişlərdir"
12:59 20.07.2018
Arxiv
649
"Fransa Avropanın və dünyanın aparıcı, əhəmiyyətli dövlətlərindən biridir. Bu baxımdan Azərbaycan-Fransa münasibətləri də son zamanlar yüksələn xətlə inkişaf edir”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Fransa səfərini şərh edərkən Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin bu ölkəyə səfəri hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir:
"Xüsusilə qeyd etməliyik ki, Prezident İlham Əliyev bir müddət əvvəl Brüsseldə Avropa Birliyi(AB) ilə də görüşlər həyata keçirdi. AB-nin aparıcı ölkələrindən biri olan Fransa ilə əlaqələrin genişlənməsi həm ikitərəfli münasibətlərin inkişafına təkan verir, həm də Azərbaycanın Avropa, dünya beynəlxalq sistemi çərçivəsində özünəməxsus yerini daha da möhkəmləndirir. Ona görə, bu səfəri kifayət qədər yüksək dəyərləndirmək lazımdır”.
S.Seyidov diqqətə çatdırıb ki, prezidentlər arasında iqtisadi, siyasi və humanitar məsələlər müzakirə olunur:
"Azərbaycan böyük potensiala malik ölkədir və bütün dövlətlərlə əlaqələrə malikdir. Ən əsası ölkəmizin iqtisadiyyatı yüksək səviyyədə inkişaf edir. Digər dövlətlərlə, beynəlxalq təşkilatlarla imzalanmış hər bir müqavilə Azərbaycan xalqının maraqlarına xidmət edən addımlardır. Dəfələrlə qeyd etmişəm ki, cənab Prezidentin səfərləri pərakəndə şəkildə həyata keçirilmir.
Bu görüşlər məntiqi ardıcıllıqla, bir-birinə dəstək verən siyasi gedişlərdir. Bir müddət öncə Brüsseldə keçirilən tədbirlər, NATO və Avropa İttifaqı rəsmiləri ilə görüşlər Azərbaycanın qüdrətini, digər dövlətlərlə əlaqələrini ehtiva edir. Azərbaycan dünyada yüksək səviyyədə təmsil olunur”.
Qeyd edək ki, iyulun 20-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun görüşü olub. Bundan əvvəl isə ölkə başçısı Paris səfəri çərçivəsində Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo və "Rothschild and Co” şirkətinin sədri Devid de Rotşild ilə görüşüb, əhəmiyyətli müzakirələr aparıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə