"Prezidentin münaqişənin həllinə dair yanaşması ədalət prinsiplərinə əsaslanır” - Deputat





"Dövlət başçısı İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması həm beynəlxalq hüquq normalarına, həm də ədalət prinsiplərinə əsaslanır”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, Ermənistanın hərbi təcavüz yolu ilə Azərbaycan ərazilərini işğal etməsi nəticəsində qaçqın və məcburi köçkünlər yaranıb, tarix və mədəniyyət abidələri dağıdılıb:

 "Münaqişənin həllinin yeganə yolu Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan çıxarılmasıdır. Əgər Ermənistan bunu edərsə, o zaman İrəvanla normal münasibətlər yarana bilər. 

Ermənistanın bunu etməyəcəyi təqdirdə Azərbaycan başqa vasitələrə əl ata bilər. O zaman Ermənistan Azərbaycanın qarşısında heç bir şey edə bilməyəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev "Rossiya-24” telekanalına müsahibəsində deyib ki, "biz münaqişəni həmişə danışıqlar yolu ilə nizamlamaq istəmişik və istəyirik. Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır”. Dövlət başçısının sözlərinə görə, aparılan siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib: "Mən qəti əminəm ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə onlar özlərinə məxsus olmayan ərazilərdən çıxmalı və yüz minlərlə azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verməlidirlər. Buna görə də ümid var ki, bu baxımdan daha çox anlaşma olacaq. Amma dəqiq deyə bilmərəm. Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir”.

İsmayıl