Prezidentlər razıdır: İyunda danışıqların yeni raundu olacaq
20:26 17.05.2016
Arxiv
662
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat yaydı
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıb.
APA-nın verdiyi məlumata görə, bəyanatda deyilir: "Qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə çox təəssüf edirəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram”.
"Bu baxımdan, mən Mayın 16-da Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmkarlarımın - ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsünü alqışlayıram. Hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına və eləcə də iyun ayında danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə çox şadam.”
Frank-Valter Ştaynmayer qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-də sədrliyi dövründə Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə israrlıdır: "Biz insidentlərin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq”.
"Apreldə təmas xəttində baş vermiş döyüş əməliyyatları, münaqişənin dalandan çıxması üçün səylərin artırılmasının vacib olduğunu bir daha xatırlatdı. Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunmasından ötrü əlverişli şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi başlıca məsələdir", deyə Frank-Valter Ştaynmayer vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media