Professor Camal Mustafayev vəfat edib
05:49 04.12.2017
Arxiv
2194
Bu gün Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev vəfat edib. Camal Vəli oğlu Mustafayev, 1928-ci ildə Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935-1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisi də ikiillik Müəllimlər İnstitutunda oxumuşur.
1946-1948-ci illərdə Kosalı kəndində müəllim işləyib.
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Qarayazı rayonunda məktəb direktoru işləyib.
1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir.
1957-1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
1968-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir.
1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professoru olmuşdur. 1985-1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Professor Camal Mustafayev 1999-cu ildən bugünədək Xəzər Universiteti Tərcümə Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya