Professor: “Qapalı yerlərə gedənlər üçün vaksin şərt olmalıdır”

Vaksin olmayanlara qarşı bütün dünyada olduğu kimi, Türkiyədə də məhdudiyyətlər davam edir.

Bu barədə “Sherg.az” “Posta”ya istinadən xəbər verir.

Bildirilir ki, peyvənd vurdurmayanların kinoteatr, futbol matçı kimi kütləvi yerlərə buraxılmamasını tələb edənlərin sayı çoxalır. Professor Murat Akovanın da bu barədə fikirləri birmənalıdır: qapalı yerlərə gedənlər üçün vaksin şərt olmalıdır.