Prokuror Rza Zərraba 37, nazir oğluna 336 il iş istəyib
23:02 31.01.2014
Arxiv
844
Məşhur iş adamları və nazir övladlarının həbs olunduğu 17 dekabr "Böyük rüşvət" əməliyyatını icra edən prokurorlardan Cəlal Karanın vəzifədən uzaqlaşdırılmasından sonra işə baxılması prokuror Əkrəm Aydınerə tapşırılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prokurorluğu mənbələrindən yeni prokurorun əvvəlki həmkarının hazırladığı iddianaməni nəzərə almayacağı, yenidən yazacağı bildirilib. Həmçinin, prokurorluq qaynaqlarından əldə edilən məlumata görə, Rza Zərrab, Süleyman Aslan, Barış Gülər və Kaan Çağlayanın təhqiqatları ilə əlaqədar iki iddianamə hazırlanıb. İddianamədə Zərrabın bir nömrəli şübhəli şəxs olaraq göstərildiyi, 100-ə yaxın rüşvət alıb-vermə hadisəsində iştirak etdiyi ifadə edilib. Bununla yanaşı, Zərrabın qızıl qaçaqmalçılığı etdiyindən də danışılıb. Bütün cinayətlərinə görə isə 37 ilə qədər həbs istəyiylə mühakimə olunması istənilib. İddianamədə eks Daxili İşlər Naziri Müammer Gülərin oğlu Barış Gülər haqqında 137 il həbs cəzası alması, keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Kaanın 52 milyon dollarlıq rüşvət almasına vasitəçilik etdiyi iddiasıyla isə 336 ilə qədər həbs cəzası verilməsi tələb edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə