Psixoloq boşanmaların səbəbini izah edir - Oxuyun!

Azərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır. Ədliyyə Nazirliyi son dörd ildəki boşanmalara dair rəsmi statistika yayıb.
Belə ki, Nazirliyin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.
2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin radius (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin свой, hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən on ay, hər ay təxminən 1091 ailə boşanıb.
Ekspertlər isə boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər.
Boşanmalarla bağlı Sherg.az açıqlama verən psixoloq - konsultant Аrzu Müzəffərova deyib ki, boşanmaların sayının artmasının başlıca səbəbi situasiyalar nəticəsində cütlüklərin bir - birlərinə düşmən kəsilməsidi. Onun sözlərinə görə, çox az cütlükər mədəni şəkildə ayrılıq qərarı verir: 
"Mən faktlara görə danışacam. Boşanmalara o qədər səbəb var ki, sadalamaqla bitməz. Əslində nə haqq qazadırmaq, nə də qınamaq fikrindəyəm. Insanlar zamanla münasibət qururlar. Hər kəs öz həyatında kiminlə, necə yaşayacağına özü qərar verir. Insanların fərqli psixikası var. Bu da, zamanla baş verən situasiyada necə addım atacağına bağlıdır. Evlənmək və ya boşanmaq da bu dediklərimə daxildir. Evlilik müqəddəslik rəmzidir. Boşanmalara səbəb də elə gənclərin bunun fərqində olmamasıdır. Boşanan cütlüklərlə terapi zamanı bunu asanlıqla görmək olur. Həmin an Ər-arvad arasında qopuqluqlar, övladlarına qarşı soyuq münasibətlər hiss olunur. Bilmirsən, kimi - kimə sevdirəsən? Sevgi içdən gəlməlidir. Amma ərə gedən qızların şüur altında ər məni saxlamalıdır, istədiyimi almalıdır. Qarşı tərəf bu potensiala malik deyilsə, əlbəttə ki qalmaqalsız mümkün olmayacaq. Kişilər isə evləndikləri qadına əşya kimi münasibət göstərib, ona qarşı şiddət uyğuladıqları halda onlar heç vaxt bir ailə ola bilməzlər. Belə hallar heç də xoşa gələn hallar deyil”.
Evlilik ərəfəsində olan gənclərlə görüşüb, terapi apardığını vurğulayan pxisoloqun sözlərinə görə, hər iki tərəf indidən gələcək haqqında tədbirli danışırlar: 
"Evlənəcəyik, amma görsək ki, alınmır hamı necə biz də elə, boşanarıq. Əlbəttə evlənmək də, boşanmaq da hamının öz seçimidir. Demək bu müqəddəsliyi daşıyan insanlar artıq barmaq sayı ilə göstəriləcək . Övladına, xanımına , yoldaşına sahib çıxmaq, onlara sevgi vermək, hər cütlüyə nəsib deyil. Bəzi boşanan cütlüklər ikinci evlilik zamanı şanslı olacaqlarını düşünürlər. Qarşı tərəfi özləri kimi, yəni o da mənim kimi boşanmış və məni anlayacaq düşüncəsi ilə ikinci evliliyi qururlar. Bu da, hər iki tərəfin keçmişində olan travmaları situasiyalar nəticəsində üzə çıxarır”. 
Həyatı böyük dərs kimi dəyərləndirən Аrzu xanım hesab edir ki, itirmək deyil, qazanmaq böyük uğurdur. Situasiya isə insanın nəyə qadir olduğunu göstərir: 
"Kimisi hörmət qazanır, kimisi isə itirə - itirə gedir. Bir çoxları bu gözəl münasibətin adına yalan deyirlər. Amma anlamırlar ki , bu ad elə özlərinin adıdır”.
Şəymən