Putin ordudan ölkə xaricində istifadə etmək üçün icazə istədi
09:57 30.09.2015
Arxiv
730
Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. S. İvanov söhbətin milli maraqlardan getdiyini söyləyib.
***
Rusiya prezidentiVladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenkobildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.
Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər.
V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb.
Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.
Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou