Putin: Xəzər sammitində dəqiq qaydalar müəyyənləşdi
14:00 12.08.2018
Arxiv
727
Rusiya prezidenti qonşuları turizm üzrə mümkün birgə layihələr üzrə proqram hazırlamağa çağırıb
Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin V sammitində Rusiya prezidenti Vladimir Putin Xəzər qonşularını turizm üzrə mümkün birgə layihələr üzrə proqram hazırlamağa çağırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sammitdə çıxışı zamanı Putin deyib:
"Turizm perspektivli əməkdaşlıq sahəsidir. Bu beş ölkənin müvafiq qurumları turizm sahəsində birgə layihələr hazırlaya, vahid proqramla çıxış edə bilərlər".
Rusiya prezidenti Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumunun yaradılacağını da qeyd edib.
O bildirib ki, Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri daha da möhkəmləndirməyə imkan verəcək.
Putin V Xəzər sammitini dövrün fövqündə duran hadisə adlandırıb.
"Bu sammit qeyri-adi, hətta mən deyərdim ki, əsl dövrün fövqündə duran hadisədir. 20 ildən artıq müddətdə hazırlanan Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərimizin Xəzər dənizinin taleyinə görə fövqəladə hüquq və məsuliyyətini əks etdirir. Həm də onun kollektiv şəkildə istifadəsinin dəqiq qaydalarını müəyyənləşdirir." — Rusiya prezidenti əlavə edib.
Putin bu Konvensiyanı "ümumi maraqlar əsasında müasir və balanslaşdırılmış beynəlxalq sənəd" adlandırıb.
O qeyd edib ki, Konvensiya lazımi delimitasiya, naviqasiya və balıqçılıq rejimləri məsələlərini, eləcə də ölkələrin qarşılıqlı hərbi-siyasi prinsiplərini dəqiq tənzimləyir. Eyni zamanda Xəzər dənizinin yalnız sülh məqsədləri üçün istifadəsinə və dənizdə qeyri-regional güclərin silahlı qüvvələrinin mövcud olmadığına zəmanət verir.
Xatırladaq ki, bu gün Aktau port şəhərində Xəzəryanı ölkələrin V sammitində Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İran prezidentləri arasında Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq