Putinin gərginliyi hiss olunur
08:22 20.07.2018
Arxiv
377
Gürcüstanın NATO-ya üzvlüyü müharibəyə səbəb ola bilər
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Gürcüstan və Ukraynanın NATO-ya qəbulunun əleyhinə olduğunu bəyan edib. NATO-nun baş katibi Yens Stoltenberq isə Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə görüşü zamanı deyib ki, Moskva Gürcüstanın NATO-ya qəbul məsələsini həll etmək haqqına sahib deyil:
"Rusiya öz qonşularının yerinə hansısa qərar vermək haqqına sahib deyil. Gürcüstan müstəqil və suveren ölkədir. Bu ölkə öz taleyini həll etmək haqqına sahibdir”. Gürcüstanın NATO-ya gedən yolunu "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanın hərbi alyansa üzvlüyü müharibəyə səbəb ola bilər:
"Brüsseldə Gürcüstanın tezliklə quruma üzv olacağının bəyan edilməsi Rusiyanın kəskin reaksiyası ilə nəticələnib. Rusiya qərb və cənub sərhədlərində NATO-ya qarşı fövqəladə güc hazırlayır. Xüsusi ilə Gürcüstanın bu Alyansa üzvlüyü Kremli narahat edən məsələlərdən biridir. Putinin NATO-nun Rusiyanın sərhədlərinə irəliləməsinə adekvat cavab verəcəyini qeyd etməsi situasiyanın nə qədər gərgin olduğunu göstərir.
Buna baxmayaraq, Şərqi Avropada Rusiyanın NATO-ya cavab verməsi mümkün deyil. Hərbi alyansın Şərqə doğru genişlənməsi Gürcüstanın digər ərazilərinin işğalını reallaşdıra bilər. Bundan əlavə, ermənilərin sıx məskunlaşdığı Cavaxetiyada separatizm alovlana bilər. Nəzərə alaq ki, Cavaxetiya erməniləri daim separatizmə meyilli olublar. Rusiya Ermənistandakı 102-ci hərbi bazasından Cavaxetiya ermənilərini silahlandırmaqla Gürcüstanın mərkəzi hökumətini NATO-ya üzvlükdən çəkindirə bilər.
Hazırda rəsmi Tiflislə Kreml arasında söz duellosu davam edir. Kreml Tiflisə diplomatik kanallarla hədələyici mesajlar verir”. Analitikə görə, Gürcüstana qarşı Rusiyanın işğal planı son dərəcə real və təhlükəli olaraq qalmaqdadır:
"Nəzərə alaq ki, Cənubi Osetiyada Rusiyanın hərbi bazaları var. Osetiya ilə Gürcüstan arasında süni sərhəd məsələsini qaldırmaqla, osetinləri silahlandırmaqla Gürcüstanın içərilərinə doğru irəliləmək iqtidarına sahibdir. Gürcüstanın Rusiya ilə yenidən hərbi toqquşması baş verərsə, 2008-ci il avqust aylarında olduğu kimi Qərb Tiflisə hərbi dəstək verməyəcək. Qərb Ukraynanı real döyüş meydanında Rusiya ilə tək qoydu. Nəticədə Ukrayna ərazisinin bir hissəsini faktiki şəkildə itirmiş oldu. NATO Gürcüstanı tərkibində görmək istəyirsə, mütləq şəkildə hərbi kontingentini Gürcüstanda yerləşdirməlidir. Bundan sonra Gürcüstan Rusiyanın hərbi işğal və təzyiqlərindən qoruna bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə