"Putinin Paşinyanı təbrik etməməsi korlanan əlaqələrin nümunəsidir" - Professor

"Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı iki dövlət arasında əməkdaşlığın inkişafına diqqət çəkdi. Bəyan etdi ki, 2018-ci ildə Rusiya prezidenti Vladimir Putinlə mühüm görüşlər keçirib, səmərəli müzakirələr aparıb və önəmli müqavilələrə imza atıb”.
Bunu "Sherg.az”a açıqlamaında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Professor bildirib ki, dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə xüsusi diqqət çəkib və bildirib ki, 2019-cu ildə problemin həllində yeni impulsların olacağına ümid edir: 
"Hamıya bəllidir ki, münaqişənin həlli Rusiyanın mövqeyindən çox asılıdır. Həmsədr Rusiya problemin çözülməsində mühüm rola malikdir. Şimal qonşumuz Rusiya həm də bizim strateji tərəfdaşımızdır və işğalçı ölkəyə təsir etmə gücünə sahibdir. Reallıq odur ki, son zamanlar Rusiya ilə İrəvan arasında münasibətlər xeyli kəskinləşib. Paşinyan və komandası Kreml əleyhinə fikirlər səsləndirir, Rusiyanı tənqid edirlər. Paralel olaraq Moskvanın da Paşinyan hökumətinə münasibəti tamamilə neqativdir. c. Əgər Moskva bölgədə sülhün bərqərar olmasında maraqlıdırsa, mütləq mənada Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Paşinyanın da qurtuluşu işğal olunmuş torpaqların geri qaytarılmasıdır”.
Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edən Prezident İlham Əliyev deyib ki, Azərbaycan 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edir. Dövlət başçısı bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid bəslədiyini dilə gətirib: "Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik. Bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk”. Sergey Lavrov da öz növbəsində Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli və qarşılıqlı məqbul həllində maraqlı olduğunu deyib.
İsmayıl