Aqil Abbas mətbuatda oxuduğu informasiyaya gülür
Qaçırlar...
19:30 02.07.2014
Arxiv
557
“Nəinki Ağdamda, heç Şuşada, Xankəndində erməni yoxdur”
Aqil Abbas mətbuatda oxuduğu informasiyaya gülür
Aqil Abbas mətbuatda oxuduğu informasiyaya gülür
20 ildən artıqdır düşmənlə üz-üzə yaşayan Ağdam rayonunun Orta Qərvənd kəndinin sakinləri deyirlər ki, son günlər cəbhə xətti boyunca ordumuzun düşmənə verdiyi tutarlı cavablar və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsinin yüksək olması işğal altındakı torpaqlarda yaşayan erməniləri ciddi təşvişə salıb.
Onların sözlərinə görə, qorxuya düşən ermənilər təsərrüfatlarını köçürməyə başlayıblar. Sakinlər onu da bildirirlər ki, vaxtilə bu kəndi tərk edən vətəndaşlar da artıq ordumuzun gücünə arxalanaraq geri dönməyə başlayıblar. Qeyd edək ki, bir neçə gün əvvəl yayılan iddialara görə, Ermənistan işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonlarını geri qaytarmağa razılıq verir. Hətta bu razılığın alınmasında Rusiyanın böyük rolu olduğu bildirilir. Ermənilərin ərazilərimizdən çıxmasını bununla bağlayanlar da var.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, qarabağlı deputat Aqil Abbas isə deyir ki, "ermənilər qaçır, köçür” hay-küyü kimlərinsə məqsədyönlü şəkildə düzəltdiyi şoudur: "Bu dezinformasiyanı mətbuatda oxuyanda gülməkdən öldüm. Bunu hansı axmaq nə niyyətlə ortaya atıb bilmirəm. Məndə Ağdamda nə qədər erməni döyüşçü olduğu barədə rəsmi məlumat var, amma onu açıqlaya bilmərəm. Ağdamda erməni yaşayır ki, oradan da qaçsın? Heç Xankəndində, Şuşada erməni yoxdur. Ermənistanda erməni tapılmır, işğal olunmuş ərazilərdə onların nə işi var? Bunların hamısı nağıldır, insanlara təskinlik vermək üçün uydurulub”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Rusiya rəsmilərinin mövqeyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ardıcıl verilən mesajlar nəsə bir şey olacağından xəbər verir: "Müəyyən optimist fikirlər, ermənilərin köçməsi xəbəri deməyə əsas verir ki, artıq ermənilər Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarılacaqlarını başa düşürlər. Ola bilsin, bu səbəbdən erməni mətbuatında Rusiyanın Qarabağ məsələsində Azərbaycanı dəstəkləyəcəyi yazılır. Son günlər siyasi səhnədə və cəbhə bölgəsində baş verən müəyyən proseslər də ciddi dəyişikliyin olacağının əlamətidir”. A.Nağı nəticə ilə bağlı konkret fikir söyləməyin çətin olduğunu bildirir: "Rayonların hansı şərtlərlə geri qaytarılması aydın deyil. Şəxsi fikrim odur ki, Azərbaycan heç bir halda işğal olunmuş rayonlarının hissə-hissə qaytarılmasına razılıq verməməlidir. Azərbaycanın mövqeyi birmənalı olmalıdır. Bütün işğal olunmuş ərazilər eyni vaxtda ermənilərdən təmizlənməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət