Qalmaqallı derbi barədə qərar açıqlandı - AZARKEŞ CƏZASI




Türkiyə Kubokunun yarımfinal görüşü çərcivəsində keçirilən "Fənərbaxça”-"Beşiktaş” qarşılaşması qaldığı yerdən davam edəcək.

Lent.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən məlumatına görə, bu gün qurumun keçirdiyi iclasda qərar qəbul edilib. Qərara əsasən, qarşılaşma qaldığı yerdən - azarkeşsiz davam etdiriləcək. Matçın nə vaxt keçiriləcəyi hələ açıqlanmayıb.


Qeyd edək ki, "Fənərbaxça”- "Beşikataş” derbisinin 57-ci dəqiqəsində qonaqların qapıçısı Tolqa Zengin ilə azarkeşlər arasında mübahisə yaranıb. Tolga Zengini sakitləşdirmək istəyən baş məşqi Şenol Günəşin isə başı yarılıb. Bundan sonra qarşılaşmada fit çalan hakimlər heyəti iclas keçirirək oyunu saxlayaraq tətil edib.