Qanuna ehtiyac yoxdur
09:14 05.10.2018
Arxiv
530
Parlamentdə hər kəs etik normalara əməl edir
Millət vəkili Tahir Kərimli parlamentdə Etika komissiyasının yaradılmasını tələb edir.
Deputat hesab edir ki, bəzi məqamlarda bu komissiyanın olmasına ciddi ehtiyac duyulur: "Bəzən elə məsələlər olur ki, orada mütləq etik məqamların, problemlərin aradan qaldırılmasına ehtiyac yaranır. Eyni zamanda, məmurlarla bağlı belə bir komissiyaya ehtiyac var. Çünki burada xeyli narahatedici məqamlar, etik çərçivəni aşma halları mövcuddur. Ona görə də parlamentin ayrıca Etika komissiyası olmalıdır”.
Aydındır ki, parlament üzvlərinin etik normalara riayət etməsi vacibdir. Hələ ötən il "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunun tətbiqi barədə prezident sərəncam imzalamışdı. Qanunda millət vəkillərinin etik qaydalara əməl etməsi proseduru göstərilib. Lakin bəzi hallarda qaydaları pozan, etik cəhətdən yanlış hərəkətlər edən deputatlar da olur.
Həmkarının təklifi ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkili Zahid Oruc parlamentdə hər bir təklifin səslənə biləcəyini deyib. O bildirib ki, qanunvericilik təşəbbüsü qaydasında məclis üzvlərinin buna hüququ var:
"Rəngarəng və biri-birindən fərqli yanaşmalar istənilən qanunverici orqanın zənginliyi sayıla bilər. Keçmişdə etik davranış qaydaları ilə bağlı müxtəlif təkliflər eşitmişik. Əslində dövlət orqanları sistemində məmurların, eləcə də digər vəzifə daşıyıcılarının fəaliyyəti, vətəndaşlarla davranışları etik davranış kodeksləri ilə tənzimlənir. Bununla bağlı parlamentdə müzakirələr olunarkən qeyd edilirdi ki, ayrıca bir qanun olmalıdır.
Ancaq parlament üzvlərinin fəaliyyəti ilə bağlı 2017-2018-ci illərdə müxtəlif xarakterli dəyişikliklər etdik. Burada etik prinsiplərin tənzimlənməsi, xüsusilə qərb həyatında özünü göstərən prinsipləri bizim hüquq sisteminə gətirdik. Əslində etik davranış normaları ilə bağlı iş gerçəkləşdirilir. Amma Tahir bəyin konkret olaraq hansı məsələləri hədəf edib belə bir təklif irəli sürdüyünü deyə bilmərəm. Birbaşa gördüyü problemlə əlaqədar və ya sadəcə nəzəri yanaşma ucbatından belə bir fikir səsləndirdiyini demək çətindir”.
Parlamentdə hər kəsin yüksək əxlaqi-etik normalara əməl etdiyini deyən deputat bu günə kimi qeyri-etik bir durumla qarşılaşmadığını da vurğuladı:
"Düşünürəm ki, bu belə də olmalıdır. Çünki millətin seçilmiş nümayəndələrinin davranışlarında etik prinsiplər öndə tutulmalıdır. Yəni parlament üzvünün qeyri-etik olması, özlüyündə mənfi bir hadisəyə çevrilə bilər. Bəzən hansısa həmkarımızla bağlı müəyyən qınaqları eşitməkdəyik. Amma hazırda parlamentdə etik prinsiplər əsasında fəaliyyətin aparılmasına imkan yaradılır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya