Qarabağ cəbhəsində müharibə hər zaman aktualdır
09:09 04.03.2017
Arxiv
887
Fazil Mustafa: “Azərbaycanın mövqeləri daha güclüdür. Hesab edirəm ki, bu periodda daha böyük işlər görməyə imkan tapacağıq”
Düşmənlə təmas xəttində gərginlik səngimək bilmir. Demək olar ki, hər gecə düşmən tərəf təxribata əl atır, diversiya qruplarını hərəkətə keçirir. Təbii ki, Azərbaycan ordusunun ayıq-sayıqlığı nəticəsində erməni silahlılarına layiqli cavab verilir. Son günlər cəbhə xəttində baş verən hadisələr zamanı düşmən xeyli itkilərə məruz qalıb.
Buna baxmayaraq, ermənilər çirkin oyunlarından əl çəkmək niyyətində deyil. Ekspertlər düşmən təxribatlarını bir neçə məqamla izah edirlər. Bəziləri düşünür ki, ermənilər aprel savaşındakı məğlubiyyətin "qisasını” almaq istəyirlər. Əksəriyyət isə hesab edir ki, cəbhə bölgəsindəki gərginlik Sarkisyan rejiminin daxilə hesablanmış məqsədyönlü siyasəti ilə bağlıdır.
Proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, erməni təxribatının arxasında kifayət qədər ciddi məqamlar dayanır:
"Azərbaycanın maraqlarına zidd davranan qüvvələrin birgə fəaliyyəti nəticəsində proseslər fərqli istiqamətdə getdi. Dövlətimiz öz gücü hesabına prosesləri irəli apardı. Görünür, bir çoxları real müharibə təhlükəsini hiss edirlər və qarşısını almaq üçün müəyyən addımlar atmağa məcbur olurlar. Ümid edək ki, bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər güclü olacaq və hansısa şəkildə mövqeyimizə qarşı çıxmaq mümkün olmayacaq. İndiki məqamda münaqişə ilə bağlı yeni situasiya gözlənilmir. Fikrimcə, məsələnin həlli istiqamətində tərəfimizdən daha ciddi addımların atılması olduqca vacibdir”. Deputat bildirib ki, "sülh” çağırışları edən beynəlxalq müşahidəçilərin işi boş-boş danışmaqdır: "Dağlıq Qarabağ cəbhəsində müharibə hər zaman aktualdır. Təmas xəttində gərginlik kifayət qədər çoxdur. Proseslər də artan xətt üzrə gedir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeləri daha güclüdür. Hesab edirəm ki, bu periodda daha böyük işlər görməyə imkan tapacağıq”.
F.Mustafa erməni xarici işlər naziri Edvard Nalbandyanın sonuncu bəyanatına da münasibət bildirib:
"Nalbandyan illərdir yalandan deyir ki, guya yaxın zamanlarda hansısa bir dövlət qondarma rejimi tanıyacaq. Bunlar boş söhbətlərdir. Heç bir dövlət erməni nazirin sözünə görə, separatçı rejimi tanımaq kimi mənasız addım atmaz. Erməni ekspertlər tərəfindən adı hallanan Uruqvay dövləti də bu cür riskə getməz. Əgər gedərsə, BMT-nin çox ciddi töhməti altında qalar”. Parlament üzvü Rusiyanın münaqişənin həllində müsbət rol oynayacağına inanmadığını deyib: "Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə dedi ki, münaqişə müharibə yolu ilə deyil, ancaq sülhlə həll oluna bilər. Bu açıqlama rəsmi Moskvanın mövqeyi sayılmaqla yanaşı, həm də ortaya qoyulmuş təklif kimi bir şeydir. Belə olan halda Elmar Məmmədyarovun və ya Sarkisyanın Moskva səfəri heç bir mahiyyət kəsb etmir. Düşünürəm ki, Rusiya ilə münasibətlər normal səviyyədə saxlanmalıdır. Amma diqqətdən qaçırmamalıyıq ki, Moskva istənilən zaman Ermənistanın lehinə mövqe ortaya qoya bilər. Sadəcə buna hazır olmalıyıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya