Qarabağ üzrə danışıqlar başladı





Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşlərə start verilib.
Avropa diplomatiyasının rəhbəri Federika Moqerini Azərbacyan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə nümayəndə heyətlərindəki mənbə TASS agentliyinə bildirib.

"İki ölkənin prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri ilə danışıqlarından əvvəl Moqerini Əliyev və Sarkisyanla görüşür", - mənbə bildirib.