Qarabağda erməni əsgəri öldürüldü




Qarabağda erməni əsgəri öldürülüb. 

"Sherg.az" Virtualaz.org-a istinadən xəbər verir ki, dünən yerli vaxtla təxminən saat 16-da qoşunların təmas xəttinin şərq istiqamətində erməni işğalçı ordusunun hərbi hissələrindən birində döyüş mövqeyində 1998-ci il təvəllüdlü hərbçi Ovsepyan Artsax Mgeroviç ölümcül güllə yarası alıb.

Məlumata görə, baş vermiş hadisənin təfərrüatları araşdırılır.