"Qarabağ"İspaniyadan xal gətirəcəkmi? - SAATLAR QALDI
15:05 31.10.2017
Arxiv
332
Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” IV turun ilk oyun günündə meydana çıxacaq.
Ağdam təmsilçisi səfərdə "Atletiko” ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano” stadionunda keçiriləcək.
Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların dueli autsayderlikdən qaçmaq baxımından da önəmlidi. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdə sensasiyaya imza atsa, qazanılacaq 3 xalla sonuncu pillədən qurtulacaq. Madridlilər isə zirzəmiyə düşməmək üçün uduzmamalıdı.
İki həftə öncə Bakıda keçirilən görüşdə gözlənilmədən xal itirən Dieqo Simeonenin yetirmələri Çempionlar Liqasında mübarizəni davam etdirmək şanslarını minimuma salmamaq üçün qalib gəlməlidi. Xal itkisi madridliləri liderlərdən uzaq salacaq.
"Qarabağ” isə 1/8 final şanslarını itirmək təhlükəsi ilə üz-üzə qalib. Çünki çempionumuz Madriddən xalsız dönsə, "Roma” öz meydanında "Çelsi”ni məğlub etsə, ağdamlıların qitənin ən nüfuzlu klub turniri ilə vidalaşması rəsmiləşəcək.
Bunun baş verməməsi üçün xal qazanmağa borclu "Qarabağ” evdəki heç-heçənin də təsadüfi olmadığını Madriddəki uğurla sübut etməlidi. Əldə olunacaq xal həm ölkə, həm də klub reytinqi baxımından da böyük önəm kəsb edir.
Qeyd edək ki, "Atletiko” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Çempionlar Liqası
IV tur, C qrupu
31 oktyabr
23:45. "Atletiko” (İspaniya) – "Qarabağ” (Azərbaycan)
Baş hakim: Deniz Aytekin
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
Madrid. "Metropolitano” stadionu
1
Çelsi
3
2
1
0
11-4
7
2
Roma
3
1
2
0
5-4
5
3
Atletiko
3
0
2
1
1-2
2
4
Qarabağ
3
0
1
2
1-8
1
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə