Qaraciyərinizdə problem olduğunu göstərən işarələr

Qaraciyərinizdə bir problem varsa bunu bədəninizin göstərdiyi bir sıra işarələrlə gecikmədən həll edə bilərsiniz. Bir çox sağlamlıq probleminin bilavasitə qaraciyərdən qaynaqlandığını eşitmisiniz. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi balanssız qidalanma, çirklik və stress kimi vəziyyətlərdir. Qaraciyər kimi əhəmiyyətli bir orqan düzgün işləməyirsə bədəninizdə təsirləri özünü göstərə bilir.
Budur o işarələr …
Alın bölgəsindəki qırışlar
Alın bölgəsində gənc yaşda meydana gələn qırışlar qaraciyərinizin anormal bir şəkildə çalışdığını göstərə bilir. Alınınızdakı qırışlar nə qədər dərinsə qaraciyərinizdəki problem o qədər ciddidir.
Üzdə yer alan tünd qəhvəyi rəngli ləkələr yalnız günəşin təsiri ilə ortaya çıxmaz. Qaraciyərinizdəki problemlər tünd qəhvəyi rənglərə səbəb ola bilər.
Bu ləkələr xüsusilə yanaq və əlin üzərindədirsə, öd kisəsi və qaraciyərinizdə bir problem olduğuna da işarə edir.
Başınızın orta nahiyəsində ağarma başladısa qaraciyərinizdə və bəzi orqanlarınız düz işləməyir deməkdir.
Eyni zamanda saçın erkən yaşda bozlaşması öd kisəsi ilə əlaqədar problemlərə də işarə edir ola bilər. 
Diş ətlərinin şişməsi
Dişlərinizi fırçaladığınız zaman qanama və diş ətlərinizdə şişmə olursa bu vəziyyət qaraciyərdə və boğazınızda iltihaba işarə edir.
Bu problemləri müalicə etmək üçün xüsusi diş pastaları və ağız qarqaraları istifadə etsək də, qaraciyər funksiyalarını yaxşılaşdırmazsaq, diş əti və boğazdakı həssaslığı və iltihablanmağı həll edə bilmərik.