Qaraçuxurda eyvandan yıxılan 92 yaşlı qadın öldü: ayağının altına stol qoyub...





Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 92 yaşlı qadının eyvandan yıxılması ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

32-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, 92 yaşlı qadın həmin mənzildə oğluyla birgə yaşayırmış. Oğlu hadisə baş verən zaman işdə olub. Ahıl qadın eyvana çıxaraq asılqanda olan paltarları yığmağa çalışıb. Boyu çatmadığından ayağının altına stul qoyub. Bu zaman onun təzyiqi qalxıb. Özünü saxlaya bilməyən 92 yaşlı qadın 2-ci mərtəbədən yerə yıxılıb. Qonşular küçəyə çıxanda məlum olub ki, qadın artıq ölüb. Polis əməkdaşları evə baxış keçirib. Evdə çox sayda dərman aşkarlanıb. Bilinib ki, 92 yaşlı qadın ürək çatışmazlığından və təzyiq xəstəliyindən əziyyət çəkib.
Bildirilib ki, onların yaşayış yeri Qaraçuxur qəsəbəsində olan keçmiş hərbiçilərə verilən 2 mərtəbəli binalardır. Ailə uzun müddətdir ki, həmin mənzildə yaşayıb.
**
11:42
Azərbaycanda ahıl qadın bədbəxt hadisə nəticəsində ölüb.
Lent.az-ın DİN-nin saytına istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 92 yaşlı Roza Yaqubova evinin eyvanından (ikinci mərtəbədən) ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş R.Yaqubova orada ölüb.
Faktla bağlı araşdırma aparılır.