Qarlı hava Bakının yollarında problemlər yaradıb
18:21 15.12.2016
Arxiv
407
Bakıda müşahidə olunan qarlı hava şəraiti səbəbindən, bəzi yollarda nəqliyyatın hərəkətində problemlər yaranıb.
APA-nın məlumatına görə, metronun "Neftçilər” və "Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, "20 Yanvar” avtomobil dairəsində, Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı, Zığ və digər yollarda problemlər yaranıb. Vətəndaşlar sosial şəbəkələrdə yolların buz bağlamağa başladığını bildirirlər.
Bundan əvvəl Bakı Nəqliyyat Agentliyindən APA-ya hava şəraiti ilə bağlı yollarda sürət həddinin aşağı endirildiyi bildirilmişdi.
Məlumata görə, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 kilometr saat həcmində aşağı endirilib.
Bundan əvvəl yol polisi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq sürücülərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü
09:35 08.10.2026
İqtisadiyyat