Qəbələdə yanğının söndürülməsinə 6 helikopter qoşuldu - YENİLƏNİB





Fövqəladə Hallar Nazirliyi Qəbələdə baş verın meşə yanğınları ilə bağlı məlumat yayıb.
"Sherg.az"nazirliyin saytına istinadən xəbər verir ki, Qəbələ rayonu ərazisində çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri də cəlb olunub. Əlavə məlumat veriləcək.
**
12:24
Bu gün Qəbələ meşəsində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Qum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsinə isti və küləkli hava şəraiti çətinlik törədir.
İlkin hesablamalara əsasən yanğın nəticəsində 1,5 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikasının iştirakı ilə yanğına qarşı mübarizə aparılır. Hadisə yerinə helikopterlər də cəlb olunub və yağnının söndürülməsi istiqamətində işlər görülür.
**
10:14
Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunun Abrıx kəndində dağlıq sahədə baş vermiş yanğınla bağlı məlumat yayıb.
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, çətin keçilə bilən yüksək dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonuna çatıb. Artıq söndürmə işlərinə başlanılıb.
Əlavə məlumat veriləcək.