Qənirə Paşayeva: “Türkiyə üçün canımı verməyə hər an hazıram”
19:19 27.07.2016
Arxiv
512
Azərbaycanın millət vəkili Qənirə Paşayeva, Türkiyə xaricində yaşayan türk insanın ən böyük məqsədinin, Türkiyə dövlətinin yanında olmaq olduğunu vurğulayaraq, "Getdiyimiz hər yerdə onun haqlı mübarizəsini müdafiə etməkdir. Türkiyə də Azərbaycan qədər vətənimizdir. Sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan üçün canımı verməyə hər an hazır olduğum qədər Türkiyə üçün də canımı verməyə hər an hazıram" deyib.
Paşayeva, Türkiyədə yaşanan çevriliş cəhdi zamanı dünya mətbuatının yanlış məlumatlar yaydığını ifadə edərək, BBC televiziyasında Türkiyədəki çevriliş cəhdinə yönəli təxribatçı ifadələrin insanı şok etdiyini söyləyib. Paşayeva nitqinə belə davam edib:
"Sky News diplomatiya redaktoru Tim Marshallın " qiyamşıların ən əhəmiyyətli səhvinin Ərdoğanı öldürməmək" olduğu, "Etmələri lazım olan ilk şeyin Ərdoğanı öldürmək, ya da həbs etmək olduğunu" söyləməsi isə insanı dəhşətə salır. Üstəlik İngilis televiziyasında yayılan proqramda üsayançıların etdiyi hərəkətlərin sanki müdafiə olunması qardaş Türkiyənin necə böyük bir fəlakətkən xilas olduğunu göstərir. Amma təəssüf ki, hələ də bəzi türk mənşəli insanlarımız anlamırlar ki, edilən çevriliş cəhdi, Türkiyə rəhbərini öldürmək, yox etmək istəyənlərin əsl məqsədi Türkiyəni zəiflətmək, parçalamaq, bölgə üzərində istədikləri oyunları oynaya bilmək arzusudurr. Rəcəb Tayyib Ərdoğanın hədəf alınmasının əsl məqsədi budur. Bu çirkli oyunların arxasında qərbdə bir çox güclərin durduğunu görməmək isə artıq korluq olar. Ona görə indi sağçı, solçu, milliyyətçi, dinci olmasından, hansı ideologiya düşüncədə olmasından asılı olmayaraq, istər Türkiyənin içində, istərsə də xaricində yaşayan bizim kimi türk insanın ən böyük məqsədi Türkiyə dövlətinin yanında olmaq, getdiyimiz hər yerdə onun haqlı mübarizəsini müdafiə etməkdir. Çünki təəssüf ki, hətta qərbdə bəzi televiziya təşkilatlarında çevriliş cəhdini fərqli nöqtələrə toxunaraq müdafiə etməyə başlayanlar da artdı. Qardaş Türkiyə böyük bir xəyanət şəbəkəsi, terror təşkilatları ilə birgə Türkiyənin güclənməsini istəməyən bəzi böyük güclərin də hədəfindədir. Türkiyənin zəifləməsi bizim də zəifləməmizə, bütün türk-müsəlman coğrafiyasının zəifləməsi demək olar. Ona görə bu gün harada yaşamağımızdan asılı olmayaraq Türkiyəyə və onun haqlı mübarizəsinə dəstək günüdür. Türkiyənin düşməni bizim də düşmənimizdir. Unutmamalıyıq ki, Türkiyənin güclənməsini istəməyənlər Azərbaycanın da güclənməsini istəməyəcək və istəmirlər. Türk milləti bütün dünyaya gücünü göstərdi və inşallah bundan sonra da göstərəcək. Allah Azərbaycana və qardaş Türkiyəyə hər vaxt yardımçı olsun "deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət