QHT Şurası 2017-ci il üçün qrant müsabiqəsinin nəticələrini açıqladı
14:30 04.03.2017
Arxiv
621
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il birinci qrant müsabiqəsinin nəticələri haqqında məsələni elan edib.
Gündəlik yekdilliklə təsdiq olunub. Vüsal Quliyev sözügedən qrant müsabiqəsinə QHT-lərin 519 layihə təqdim etdiyini və ekspertlərin onlara verdiyi ballarla Şura üzvlərinin tanış olduğunu qeyd edib. Şuranın sədr müavini Katibliyin müsabiqə prosesini Şuranın təlimat və qərarlarına uyğun olaraq lazımı şəkildə təşkil etdiyini deyib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il birinci qrant müsabiqəsinin 1-30 dekabr 2016-cı il tarixlərini və 17 mövzunu əhatə etdiyini bildirib. İcraçı direktor bu müddət ərzində Şuranın elektron bazasına 656 QHT-nin müraciət etdiyini bildirib. Sənədləri qaydasında olan 614 QHT qeydiyyata alınıb. Bunlardan 590 QHT Şuraya layihə təqdim edib. İlkin seleksiyadan sonra 519 QHT-nin layihəsi ekspertizaya təqdim olunub. Onlardan 317 layihə keçid balını toplaya bilib.
Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Emin Həsənli, Sahib Məmmədov, Anar Xəlilov və Rufiz Qonaqov çıxış edərək gündəlikdə dayanan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər.
Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 317 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.
Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 15 mart 2017-ci il, saat 17:00-dək Şuranın Apellyasiya Komissiyasına müraciət edə bilərlər.
Müzakirələrdən sonra iclasın gündəliyində olan məsələ səsə qoyularaq qəbul edilib.
İclasda Vergilər Məcəlləsinə edilən son dəyişikliklərlə əlaqədar Vergilər Nazirliyinin nümayəndələri ilə QHT-lərin görüşünün təşkil edilməsi də müzakirə olunub.
Müsabiqənin nəticələri ilə 7 mart 2017-ci ildə Şuranın www.cssn.gov.az saytında tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya
Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
16:26 01.10.2026
Ekologiya
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
16:13 01.10.2026
Media
Tramp ya razılaşma, ya da müharibə variantını ortaya qoyub - ŞƏRH
16:07 01.10.2026
Gündəm
Azərbaycan üç yeni avtomat istehsal edib - FOTO
16:05 01.10.2026
Hərbi
Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY
15:54 01.10.2026
Region
ABŞ Prezidenti Çin liderinin səhhətindən danışdı
15:49 01.10.2026
Dünya
Tramp İranın yenidən bombardman edilməsinə icazə verdi
15:34 01.10.2026
Gündəm
Zaqatalada hissedilən zəlzələ olub
15:01 01.10.2026
Hadisə
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
14:51 01.10.2026
Ekologiya