QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
10:45 11.07.2016
Arxiv
373
20-ci əsrin vəbası hesab edilən QİÇS (Qazanılmış İmmunitetin Çatışmazlığı Sindromu) təhlükəli xəstəliklər siyahısından çıxarılır.
APA-nın xəbərinə görə, avstraliyalı elm xadimləri ölkədə bu xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar. ABC telekanalı bildirir ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur: "İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar”.
Mütəxəssislər bildirirlər ki, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: "QİÇS əsasən, səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar”.
Avstraliya QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: "Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub”.
Qeyd edək ki, iyulun 18-22-də Cənubi Afrikada QİÇS-lə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol