Qiyməti 4 milyon dollar: 100 kiloluq qızıl sikkə oğurlandı

100 kilo ağırlığında və 4 milyon dollar dəyərində olan qızıl sikkə mühafizə edildiyi Berlindəki Bode muzeyindən oğurlanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, onlarla təhlükəsizlik sistemiylə qorunan Bode muzeyinin ən nadir əsərlərində biri olan 53 santimetr diametrində, üç santimetr qalınlığındakı yüz kiloluq Kanada dolları qızıl sikkənin dünən səhər oğurlandığı açıqlandı. Oğurluq hadisəsi ilə əlaqədar şərh verən Berlin polisi, hadisənin yerli saatla 03.20 radələrində reallaşdığını açıqladı. Oğruların muzeyin tramvay yolu tərəfindəki pəncərəsindən içəri girdiyini ifadə edən polis nərdivanın köməyiylə pəncərəyə dırmaşan oğruların həyəcan siqnalını dayandırdıqdan sonra niyyətlərini reallaşdırdıqlarını açıqladı. Muzeydən 100 kiloluq qızıl sikkənin bir əl avtomobili vasitəsiylə çıxarıldığını qeyd edən polis, əl avtomobilinin yaxınlıqdakı qatar relslərinin üzərində tapıldığını açıqladı. Bir neçə şübhəli üzərindən istintaqı davam etdirdiyini bildirən polis, muzeydə inşaatda çalışan kəslər üzərində dayanıldığını vurğulayıb.
Polis, zirehli şüşə ilə qoruma altında olan sikkənin necə oğurlandığı mövzusunda hər hansı bir məlumat verməyib. Oğurlanan sikkənin tapılma ehtimalının çox az olduğunu ifadə edən Berlin polisi, oğurlanan sikkəni əridərək bazara çıxarılacağı ehtimalı üzərində dayanır.