“Qızımın seçiminə qarışmadım...”
10:13 13.06.2014
Arxiv
426
Coşqun Rəhimov: “Amma qapıma elçi gələndə, bizi yaxşı mənada təəccübləndirdi”
"Bu şəhərdə”dən qız köçür. Coşqun Rəhimovun evində "Vağzalı” çalınacaq. Məlumat üçün xatırladaq ki, Coşqun Rəhimovun qızının nişanlaması, eləcə də qızının xına mərasimi barədə məlumat vermişdik.
Ailəsinin mediada görüntülənməsindən narahat olan aktyor bir neçə gündən sonra baş tutacaq toy barədə "Şərq”ə danışdı.
- Evinizdən "Vağzalı” sədası gələcək... Qız atası olmaq məsuliyyətlidi?
- İnşallah. Allah hamının balasına belə gün qismət etsin. Mən də qızımı gəlin köçürürəm. Təbii ki, çox çətindi, məsuliyyətlidi. Qız atası olmaq çox böyük məsuliyyət tələb edir. Bu gün bunu daha dərindən başa düşürəm.
- Təəssüratlarınız necədir? Həyəcanlı görünürsüz.
- Çox həyəcanlıyam. Həddindən artıq. Həm də çox xoşbəxtəm. Qız köçəri quşdu. Bir gün qanad açıb mütləq uçacaq. Düzdür, şükür ki, bu günləri Allahım mənə nəsib etdi.
- Neçə övladınız var?
- İki övladım var. Qızım Allahımın ilk payıdır. İkinci övladım oğlandır. Hazırda Türkiyədə təhsil alır.
- Qızınız ailə qurarkən onun seçiminə hörmət etdiniz, ya ailə məsləhəti ilə izdivac qurulur?
- Düzünü deyim. Bu barədə ilk dəfə danışacam. Qızım sevdiyi insanla ailə qurur. Təbii ki, mən də valideyn olaraq bu seçimə hörmətlə yanaşmışam. Amma bir onu deyim ki, qızım seçimini edərkən, qapıma elçi gələndə məni çox təəccübləndirdi.
- Niyə?
- Çünki elə bir insanla ailə qurmağa qərar verdi ki, mən həm təəccübləndim, həm də çox sevindim. İllərlə tanıdığım, ailəcə yaxın olan bir insanla izdivac qurmaq istəyi bizi yaxşı mənada təəccübləndirdi. Bu ailə ilə çox yaxın olsaq da, mən bu izdivacı gözləmirdim. Heç vaxt bunu hiss etməmişdim. Amma çox məmnunam ki, qızımın seçimi məhz, bizi elə bir ailə ilə qohum etdi.
- Gəlin köçən qıza cehiz vermək adətdir. Qızınıza nə cehiz edirsiz?
- Cehiz deyəndə ki, kasıbın olanından, nəyə gücümüz çatırsa... Bilirsiz, bu cehiz ki var, qəliz məsələdir. Mənim qızıma ən böyük, dəyərli cehizim onun ər evinə apardığı namusu, əxlaqı, tərbiyəsi ola bilər. Qızımın ən dəyərli cehizi tərbiyəsidir. Var-dövlət mənim üçün heç vaxt önəmli olmayıb. Əsas xoşbəxt olsunlar. Bizi peşman etməsinlər. Mən hər valideynə övlad toyu arzu edirəm. İnanın ki, çox həyəcanlıyam.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region