Qocalma prosesi insanların düzgün qidalanmasından asılıdır
07:36 13.07.2017
Arxiv
1202
Uzun müddət günəş şüası altında işləyən adamla özünə qulluq edən adamın dərisi eyni olmur
Alimlərin araşdırmalarına görə həyat tərzi, cinsiyyət və çəki orqanizmin yaşlanma prosesinə təsir etmir. Amerika alimlərinin fikrincə, insanlarda qocalma prosesi 39 yaşından sonra, yəni orqanizmdə miyelin adlı maddənin istehsalının azalması ilə başlayır.
Miyelin sinir hüceyrələrini örtərək onları müxtəlif mənfi təsirlərdən qoruyur. Orqanizmdə bu maddənin istehsalının azalması ilə insanın hərəkət və beyin funksiyaları da zəifləyir. Bundan əlavə miyelin örtüyünün zədələnməsi və dağılması skleroz kimi xəstəliklərin yaranmasına da səbəb olur.
Alimlər bu prosesin dayandırılması və miyelinin orqanizmdə istehsalının artırılması istiqamətində hazırda heç bir təkliflərinin olmadığını bildirsələr də, bu mövzu ətrafında araşdırmaların davam etdiyini qeyd edirlər. Onların fikrincə, aparılan tədqiqatlar orqanizmdə miyelinin istehsalının artırılmasında böyük rol oynayacaq.
İnsanların yaşlanma prosesində irqi, irsi və ekoloji faktorların əsas amil olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hər şeydən öncə qocalma prosesi insanların düzgün formada qidalanması ilə bağlıdır. Professorun sözlərinə görə, bədəndə maddələr mübadiləsi düzgün gedərsə və orqanizm lazım olan kalorini alarsa, bu zaman yaşlanma riski bir qədər azalar:
"Məsələn, Monqoloid tip adamlarla Avropoid adamların qocalmasında fərqlər var. 70 yaşlı bir çinlini avropoidlə müqayisə etsək, müəyyən fərqlər görərik. Bunlar həm irqlə, həm də ekologiya ilə bağlıdır. Uzun müddət günəş şüası altında işləyən adamla özünə qulluq edən adamın dərisi eyni olmur. Qocalma prosesində ekoloji faktorların da rolu çoxdur. Amma hazırda qocalma prosesi orqanizmin normal fəaliyyət göstərməsindən asılıdır. Daxil olan kalori ilə sərf olunan kalori arasında bir balans varsa, orqanizm normal qidalanır və normal kalori sərf edirsə, bu o deməkdir ki, orqanizm düzgün çalışır və uzun müddət yaşama şansı daha çoxdur. Amma o orqanimzlərdə ki, bədənə kalori çox daxil olur və az sərf edilir, bu zaman onlarda piylənmə, ürək-damar xəstəlikləri tezləşir, maddələr mübadiləsi sıradan çıxır və bu insanların uzun müddət yaşama şansı daha aşağı olur. Qocalma prosesi bu cür durumlardan asılıdır. Orqanizm nə qədər düzgün çalışırsa, o qədər gec qocalır və daha uzun yaşaya bilir. Orqanizm nə qədər düzgün çalışmırsa, o qədər də tez sıradan çıxır.
Anadangəlmə genetik sağlamlıq deyilən bir anlayış da var. Bəzən görürsüz ki, alkoqol qəbul edən adamlardan biri az, digəri isə çox qəbul edir. Az qəbul edən şəxsdə serroz xəstəliyi yaranır, amma çox qəbul edənlərdə heç bir xəstəlik müşahidə olunmur. Yəni, məsələyə birmənalı yanaşmaq olmaz. Hesab edirəm ki, insanın həyat tərzi, cəmiyyətin sosiallığı, cəmiyyətdə sosial müdafiənin olması, insanlara stimul verən anlayışlar, meyarlar nə qədər çox olarsa, bu, həmin şəxsin həm ömrünün uzunluğuna, həm də gec qocalmasına təsir edən amillərdəndir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya